Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Bütün Xəbərlər
13:02 22.11.2013
532
Bu gün səhər saatlarında Şəmkir rayonu ərazisində Daşkəsən sakini Füzuli Mustafayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Şəmkir sakini Yəhya Əliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub.
Nəticədə "VAZ 2106"-da olan sərnişin 50 yaşlı Daşkəsən sakini Heydər Heydərov, eləcə də "VAZ 2107"-nin sürücüsü Yəhya Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Şəmkir MRX-yə çatdırılıb.Y.Əliyevin səhhəti nisbətən yaxşı olduğundan ambulator yardımdan sonra evə buraxılıb. Digər yaralı H.Heydərovun vəziyyəti isə qənaətbəxş olmadığından, yaxınlarının təkidi ilə başqa xəstəxanaya çatdırılıb.Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.(Anspress)
OXŞAR XƏBƏRLƏR