Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsinin üstü açılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib.
Aparılan tədbirlər nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.











































