Şəmkirdə kişi dəm qazından boğulub

Şəmkirdə kişi dəm qazından boğulub
HADİSƏ
09:35 30.01.2026
263
Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən "Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR