Şəmkirdə bir evdən qadın və kişi meyitlərinin tapılması ilə bağlı yeni detallar məlum olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Varlı Həyat kəndində baş verən hadisə zamanı kişi qeyri-rəsmi yaşadığı qadını öldürüb. Bundan sonra isə o intihar edib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək, 1968-ci il təvəllüdlü Rəfi Mustafayev kənddə təsərrüfatla məşğul olub. O, ailəsindən ayrılaraq bir müddət tək yaşayıb. Sonra isə meyti tapılan qadınla qeyri-rəsmi yaşamağa başlayıb.
Hadisənin səbəbləri isə hələlik məlum deyil.











































