Şəmkirdə qardaş bacısını bıçaqlayıb

Şəmkirdə qardaş bacısını bıçaqlayıb
HADİSƏ
21:36 25.11.2025
151
Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü M. Nəbiyeva bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub və vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 35 yaşlı qadını onun qardaşı 20 yaşlı N. Musayev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisəyə səbəbin qadının ofisiant olaraq işləməsi olduğu deyilir. Qadın elə çalışdığı kafenin qarşısında bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR