Şəmkirdə sosial işlərə cəlb edilmiş 550 işçinin tək-tək təftişi aparılıb

Şəmkirdə sosial işlərə cəlb edilmiş 550 işçinin tək-tək təftişi aparılıb
SOSİAL
12:20 25.04.2019
7540
Komissiya təsdiq etdi: "Heç bir neqativ hal olmayıb”

AZXEBER.COM xəbər verir ki, Şəmkir rayonunda əhalinin məşğulluğunun artırılması məqsədilə DOST Mərkəzi nəzdində yaradılmış müvəqqəti iş yerlərində işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə bu işlərin təşkilinə nəzarətin gücləndirilməsilə bağlı aprelin 11-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiya yaradılıb.

Komissiyanın qarşısına müvəqqəti iş yerlərinin dislokasiyasını müəyyən etmək, müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin təşkilinin təftişi, işçilərin işə qəbulunda şəffaflığın təmin edilməsi, işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi üçün işə götürənlərlə fərdi izahat işinin təşkili, işəgötürən və işəgötürülənlər arasında hər hansı bir neqativ halların yaranmaması üçün zəruri tədbirlərin görülməsi məqsəd qoyulub.

Aprelin 15-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun sədirliyi ilə keçirilən Komissiyanın ilk iclasında yuxarıda qeyd etdiyimiz məqsədlərin həyata keçirilməsi üçün Şəmkir Rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon Şöbəsi və Şəmkir Rayon Məşğulluq Mərkəzinin işçilərinin də daxil olduğu təftiş qruplarının yaradılması qərarı qəbul edilib. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev təftiş qrupunun sədri təyin edilib.

18-22 aprel tarixində 10 altqrupdan ibarət olan təftiş qruplarının üzvləri Şəmkir rayonunda DOST Mərkəzi nəzdində yaradılmış müvəqqəti iş yerlərində çalışan bütün işçilərlə tək-tək görüşüb, onların şəxsiyyətini təsdiq edən vəsiqələri və əməkhaqqı kartları ilə fotoları çəkilərək izahat işləri aparılıb. Eyni zamanda 1-ci altqrupun üzvləri tərəfindən işdən çıxanların da təftişi aparılıb. Ümumilikdə 550 nəfərlə fərdi şəkildə görüşülüb.

İlk dəfə Şəmkir rayonunda tətbiq olunan bu işlərin yekunu olaraq aprelin 24-də rayonun hüquq mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbərlərinin, rayonun İctimai Şura üzvlərinin və rayon Ağsaqqallar Birliyinin də daxil olduğu Komissiyanın yekun iclası keçirilib.

Əvvəlcə iclasda iştirak edənlər təftiş qruplarının gördükləri işləri əks etdirən və sosial işlərə cəlb edilmiş içilərin təftişi zamanı çəkilmiş fotoşəkillərdən ibarət olan videoçarxı izləyiblər.

Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri çıxış edərək təftiş qruplarının gördüyü işləri yüksək qiymətləndirib və gələcəkdə də şəffaflığın təmin edilməsi istiqamətində bu işlərin mühüm rol oynayacağını bildiriblər.

İclasın sonunda təftiş qruplarının rəhbəri Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev işlərin yekun arayışını səsləndirib.

Bildirib ki, təftiş zamanı müəyyən edilmişdir-Şəmkir rayonunda sosial işlərə cəlb edilmiş işçilərin hər biri onlara təklif edilmiş iş yerinin dislokasiyasını tam olaraq bilir, əmək haqqı kartları işçilərin özündədir və həmin kartlardan şəxslərin özləri istifadə edir. Əmək haqqı kartından çıxarılan vəsaiti isə özləri alır. 550 işçinin hər biri ilə tək-tək aparılan təftiş zamanı müəyyən edilib ki, işçilər işə qəbul zamanı və işlədiyi dövrdə heç bir neqativ halla qarşılaşmayıblar.

Fəxrəddin Vəliyev qeyd edib ki, bütün bunları sosial işlərə cəlb edilmiş hər bir işçi yazdığı izahatlarda imzaları ilə təsdiq edib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
03:38 30.10.2026
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
03:30 30.10.2026
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
03:23 30.10.2026
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
03:16 30.10.2026
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
Ronaldo karyerasının 985-ci qolunu vurub
03:06 30.10.2026
Ronaldo karyerasının 985-ci qolunu vurub
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
02:56 30.10.2026
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
02:50 30.10.2026
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
02:43 30.10.2026
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
02:36 30.10.2026
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
02:30 30.10.2026
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
02:23 30.10.2026
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
02:16 30.10.2026
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
02:09 30.10.2026
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
02:03 30.10.2026
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar