xari

Şəmkirdə yalançı xeyriyyəçi ifşa olundu

SOSİAL
12:54 25.01.2021
317
Bəzi sosial şəbəkələrdə Şəmkir rayon sakininin Kəlbəcər rayonundan qayıdarkən pandemiya qaydalarını pozduğu üçün Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanıldığı və digər həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumat ötürülüb.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin məlumatı sosial şəbəkələrə ötürən, Şəmkir rayonunda fəaliyyət göstərən "Qala” restoranının sahibi Tural Zeynalov ötən il noyabr ayının 1-də axşam saatlarında işlətdiyi restorandan çıxıb axtarışda olan 99-PC-390 nömrəli avtomobil ilə hərəkətdə olan zaman saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı və hərbi rejim qaydalarını kobud surətdə pozaraq avtoxuliqanlıq hərəkətləri ilə ictimai asayişi nümayişkaranə şəkildə pozub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Bildirlib ki, buna görə də T. Zeynalov barəsində  İXM-in 510,  511.1, 517-2.1 və 535.1 maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsində T. Zeynalov verdiyi izahatı bir daha təsdiq edərək, törətdiyi əməllərdən səmimi peşman olduğunu bildirib.

Lakin, sosial şəbəkələrdə gedən məlumatda həmin şəxsin Kəlbəcər rayonundan gəldiyini, ora yardım apardığını bildirsə də Kəlbəcər rayonunun noyabr ayının 1-də deyil 25 noyabrda işğaldan azad edildiyini nəzərə alsaq sosial şəbəkələrdə yayılan iddiaların əsassız və şantaj xarakterli olduğu aydın görsənir. Bundan başqa T. Zeynalov işlətdiyi "Qala” restoranında pandemiya dövründə qadağan olunmasına baxmayaraq dəfələrlə toy mərasimi keçirməyə cəhd etmiş lakin RPŞ-nin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun  tədbirlər görülüb. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:44 07.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

14:30 07.03.2021

Qonşusunun evində oğluna toy etdi, polis gəldi – FOTO

14:10 07.03.2021

Neft Daşlarında dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA

13:45 07.03.2021

Qadağalar taksi qiymətlərini “ceyran beli”nə qaldırdı – VİDEO

13:36 07.03.2021

Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEOMÜSAHİBƏ

13:30 07.03.2021

Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - Video

13:10 07.03.2021

Həcc ziyarətləri başlaya bilər: Məscidlər nə vaxt açılır? – Hacı Şahin aydınlıq gətirdi

12:56 07.03.2021

Müdafiə Nazirliyindən vaksinasiya olunan hərbi qulluqçularla bağlı - Açıqlama

12:45 07.03.2021

"Azərbaycan qadın hüquqlarına dəyər verən dövlətlər arasında öndə gedir" - Ruhi Əliyeva "Azərbaycan" qəzetində

12:31 07.03.2021

“Yoluxma sayının artmasını böyütməyək”

12:19 07.03.2021

Ermənistanlı keçmiş hərbçi: “Qarabağla bağlı razılıq olmasaydı, ordumuz tamamilə məhv ediləcəkdi” - VİDEO

12:06 07.03.2021

Vilayət Eyvazov rəisi işdən çıxarıb yeni vəzifə verdi

11:56 07.03.2021

Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu

11:14 07.03.2021

Türkiyə xəbərdarlıq etdi: İcazə verilməməlidir!

10:57 07.03.2021

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə peyvəndlə bağlı kommünike qəbul edilib

10:40 07.03.2021

İşğaldan azad edilmiş Füzuli rayonunun Qarakollu kəndi - VİDEO