Şəmkirdəki 'manyak'lar nəhayət ki tutuldu

Şəmkirdəki
Bütün Xəbərlər
14:12 03.08.2012
4959
Şəmkir rayonunda əhalini təşvişə salan iki nəfər tutulub.AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, bu il iyun ayının 28-dən avqust ayının 1-dək olan müddət ərzində bəzi şəxslər Şəmkir rayonunda müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında təşvişə səbəb olublar.Nazirlikdən bildirilib ki, aparılan axtarışlar nəticəsində müxtəlif şayiələrin yaranmasına səbəb olmuş rayon sakinləri Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıblar.Xatırladaq ki, Şəmkirin Morun və Sərxanlı kəndlərində sakinlərin dediyinə görə, “manyak” günün müxtəlif saatlarında evlərə daxil olaraq əsasən qadınlara hədə-qorxu gəlib.Məlumata görə, evlərdən birinə soxulan həmin şəxs qadına hücum edərək onun boğaz və əl nahiyəsinə kəsici alətlə xəsarət yetirib, amma evdəki əşyalara toxunulmayıb. Bu da onu göstərir ki, həmin şəxs evlərə qarət məqsədi ilə girməyib. Hətta kənd əhalisi olası bir təhlükədən qorunmaq üçün gecə saatlarına qədər yatmayıb növbə çəkiblər.
OXŞAR XƏBƏRLƏR