Səmra özünün yeni hip-hop albomundan ilk sinqli təqdim edib - VİDEO

MAQAZİN
16:34 09.07.2020
1239
Gənc müğənni Səmra Rəhimli hip-hop janrında yaradıcılıq axtarışlarını davam etdirir. Bu günlərdə müğənni özünün "GÖZ” adlı yeni albomundan ilk sinqli Online rejimdə təqdim edib. Müğənninin sözlərinə görə, məşhur reper XXXTENTACION-un MOONLIGHT hitinin təsiri altında yaradılmış bu trek həyatdan nakam getmiş reperlərin xatirəsinə həsr edilmişdir.

Səmranın bütün layihələri kimi, bu albomun da və müğənninin anası İlahə Baxşıyevadır.

Müğənni bir illik gərgin zəhmət sayəsində ərsəyə gəlmiş yeni albom barədə söhbət açaraq vurğulayıb ki, "yerli şou-biznesdə bu albomun oxşarı yoxdur, çünki o, Azərbaycanda hip-hop janrında ilk qadın albomudur”, alboma daxil edilmiş on trekin hamısı bu janrda yazılmışdır. Albom üzərində gənc reperlərin və synapsproduction musiqiçilərinin bütöv bir qrupu işləyib: sözlərinin müəllifi Clavis və OD, musiqi - OD, aranjiman - Clavis, "uzlaşdırma” - Drek.
Səmra Rəhimli deyir:

- Hip-hop bir janr kimi məni həmişə cəlb edirdi, hətta məktəb illərində, amma ingilis dilində, replər oxuyurdum, o illərin məşhur reperlərinin ifalarına qulaq asır və onların oxuduqlarını təkrarlayırdım. Bu janr məni rahat buraxmırdı və mən həmişə anamdan soruşurdum: "Maraqlıdır, bu treklərin sədaları altında azərbaycanca sözləri necə səslənəcək, onlar bizim dinləyicilər tərəfindən seviləcəklərmi?”

Yaxşı deyiblər: niyyətin hara, mənzilin də ora! İllər sonra mən öz sevimli hip-hop janrıma qayıtdım və anamla bərabər bizimlə eyni zövqlü, mənim kimi "görən” və eşidən insanlar tapmaq üçün xeyli vaxt sərf etdik. Və belə insanları tapdıq. Uğurlu ARMAS sinqlindən sonra biz bu istiqamətdə işi davam etməyi qərara aldıq – yeni treklər yazmağa başladıq və bir də onda oyandıq ki, bütöv bir albom üçün material yığılıb...

Mən həmişə keyfiyyətli, dünənkidən daha yaxşı məhsul buraxmağa çalışıram. Bəlkə də çoxları üçün mənim bu sözlərim təvazökarlıqdan kənar görünəcək, amma mən tam məsuliyyətlə bildirirəm: "GÖZ” albomu Azərbaycan şou-biznesində yenilikdir. Bu, belə formatda birinci qadın layihəsidir…
 
Biz, necə deyərlər, məmnunluq müddətini artırmaq məsələsini birlikdə, komanda şəklində həll etmişik, buna görə albomu şəbəkədə tam halda paylaşmadıq.
 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:52 12.08.2020

Rusiyanın COVID-19 vaksininin 100-dən çox yan təsiri ortaya çıxıb

16:41 12.08.2020

Azərbaycanda daha 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı

16:37 12.08.2020

Baş infeksionistdən xəbərdarlıq - "Payız aylarına hazır olmalıyıq"

16:22 12.08.2020

Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib

16:04 12.08.2020

Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi

15:52 12.08.2020

Prezident İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibini təsdiq etdi - SİYAHI

15:39 12.08.2020

Məhərrəm ayında toy etmək olarmı? - Hacı Şahindən açıqlama

15:23 12.08.2020

Azərbaycan Premyer Liqasında mövsümün püşkü atıldı

15:16 12.08.2020

İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR

15:06 12.08.2020

15 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı hökmdən protest verildi - RƏSMİ AÇIQLAMA

14:57 12.08.2020

Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı RƏSMİ AÇIQLAMA

14:52 12.08.2020

Nazirlikdən 190 manatla bağlı açıqlama: Nə vaxt veriləcək?

14:49 12.08.2020

Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı

14:40 12.08.2020

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

14:36 12.08.2020

Həbib Nurməhəmmədov: "Castin Geyci ilə döyüş ilin ən yaxşısı olacaq"

14:22 12.08.2020

"Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir" - Hikmət Hacıyev

X Mostbet