Milli Məclisin Elm və təhsil siyasəti komitəsinin sədri Şəmsəddin Hacıyev İqtisad Universitetində yaradılan xüsusi istedadlılar qrupunda imkanlı şəxslərin övladlarının oxuması ilə bağlı məsələyə aydınlıq gətirib. AZXEBER.COM-un məlumatına görə, Millət vəkilimodern.azsaytına açıqlamasında yayılan məlumatları təkzib edib. O bildirib ki, həmin qrupdakı uşaqların heç tərcümeyi-halı təqdim olunmur. Qrupda oxumaq istəyənlər yalnız CV-lərini təqdim edirlər. “Həmin qrup artıq öz nəticəsini də verib. Belə ki, həmin uşaqlar arasında artıq xarici ölkələrin yüksək reytinqli universitetlərində magistr pilləsini oxuyanlar da var. Onlardan bəziləri artıq xaricdə magistr pilləsini bitirərək İqtisad Universitetinin özündə çalışırlar”.