‘Sən də bir həyat ver’ - AKSİYA

‘Sən də bir həyat ver’ - AKSİYA
Bütün Xəbərlər
17:30 27.04.2012
1155

“Sən də bir həyat ver”başlıqlı qanvermə aksiyası 30 aprel – 4 may 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə gerçəkləşəcək.

Gənclər və İdman nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hazırda respublikamızdatalassemiya xəstəliyindən əziyyət çəkən 2000-dən artıq uşaq var. Talassemiya xəstəliyinin müalicəsi olduqca çətin və bahalıdır. Bu xəstəliyə tutulmuş insanlar həyatları boyunca hər 3-4 həftə ərzində bir-iki dəfə qan almaq məcburiyyətindədirlər. Məhz gerçəkləşən qanvermə aksiyasının əsas məqsəditalassemiya (hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmamazlığı) xəstəliyindən əziyyət çəkən uşaqlara diqqətin artırılması və onlara qan verən gənc donorlar vasitəsi ilə köməkliyin göstərilməsidir.

Keçiriləcək aksiyada 250-dən artıqgəncin iştirakı nəzərdə tutulub.

Qanvermə aksiyası 30 aprel tarixdə, saat 11:00-da Respublika Qan Bankında baş tutacaq (Ünvan:Mirəli Qaşqay küç 87).

OXŞAR XƏBƏRLƏR