Bu gün saat 11:00-da abituriyentlərin ixtisas seçimi və ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Onun sözlərinə görə, ali məktəblərə qəbulun nəticəsi 3 gün ərzində məlum olacaq.
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 25-də keçiriləcək.