Sənədsiz evlərin sahiblərinə şad xəbər

Sənədsiz evlərin sahiblərinə şad xəbər
Bütün Xəbərlər
23:15 22.11.2011
2478

Prezidentin tapşıqığına uyğun olaraq qanun layihəsi hazırlanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bu gün Milli Məclisdə jurnalistlərə açıqlamasında bildirib ki,Prezident İlham Əliyevin 2011-ci ilin əvvəlində verdiyi göstərişə uyğun olaraq sənədsiz evlərin sənədləşdirilməsi barədə qanun layihəsi hazırlanıb. Komitə sədrinin sözlərinə görə, qanun layihəsi Milli Məclisdə təsdiqlənəndən sonra qüvvəyə minəcək. Q.Məmmədov qanun layihəsinin artıq müvafiq qurumlara təqdim olunduğunu söyləyib. Ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma yarımçıq qaldı. Nəhayət bu ilin əvvəlindəPrezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirildi. Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi. Prezidentin göstərişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlərin məsələsiylə bağlı mexanizm hazırlamalı və layihə razılaşdırılmaq üçün Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmalıdır. Bundan sonra yekun variant qəbul edilə bilər. Bu gün Bakıətrafı ərazilərdə sənədsiz evlərin əksəriyyəti Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olduğu bildirilən torpaq sahələrində yerləşir. ARDNŞ tərəfindən Bakının bir sıra rayonlarda mövcud olan və mədən sahəsinə aid torpaqlarda tikildiyi idda edilən sənədsiz evlərə qarşı kütləvi məhkəmə iddiaları qaldırıb. Bu iddialarda həmin evlərin sökülməsi tələb olunur. ARDNŞ-nin Hüquq idarəsinin Hüquqi mübahisələrlə iş şöbəsinin rəisi Şahin İsmayılov saytına verdiyi məlumatda sənədsiz evlərə qarşı məhkəmələrə təqdim edilən iddiaların sayını açıqlayıb.

Şahin İsmayılov bildirib ki, Dövlət Neft Şirkəti tərəfindən təkcə Sabuncu rayon Məhkəməsinə 6 mindən çox sənədsiz evlə bağlı iddia ərizəsi göndərilib. Onun sözlərinə görə, Sabuncu rayon Məhkəməsi hazırda həmin iddiaları araşdırır.

ARDNŞ rəsmisi deyib ki, Bakının Xətai rayon Məhkəməsinə 440, Nizami rayon Məhkəməsinə isə 170 iddia ərizəsi təqdim edilib. ARDNŞ Səbail rayon Məhkəməsinə də 307-dən çox iddia ərizəsi göndərib.

//modern.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
Yük maşını sürənlərə - Müraciət
11:48 09.08.2025
Yük maşını sürənlərə - Müraciət
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
11:46 09.08.2025
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
11:41 09.08.2025
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil
11:39 09.08.2025
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil