Elşən MusayevDünəndən bəri demək olar bütün siyasi manşetlər Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri haqqdadır. Təbii, müzakirə olunmalı mövzudur. Çünki, Fransa Avropanın çox böyük dövlətlərindən biridir. Baxmayaraq ki, lokal anlamda o “böyüklüyün” bizlər üçün elə də istisi-soyuğu yoxdur. Varsa da soyuğu var - uzun illər boyunca erməni təmayüllü fəalliyətlərindən dolayı. Və nəhayət..bu dövlətin rəhbərinin ölkəmizdə keçirmiş olduğu görüşlər, eyni zamanda apardığı müzakirələr cəmiyyət və ələlxüsus da siyasi camiə üçün son dərəcə maraqlı idi. Amma, spekulyasiyalara varana qədər... Belə ki, bu görüşün bir özəlliyi vardı. O da protokol özəlliyi. Hansı ki həmin özəlliyin fonunda illərdir yatıb və batıb qalmış radikal müxalifətimiz nəhayət ki, özünə qısa müddətli də olsa məşğuliyyət tapa bildi. Söhbət, qiybət, işverənlik eləməyə məqam ayarladı və ən əsası da çox uzun müddətdən sonra adam yerinə qoyulmağın bəxtəvərliyini və xoşbəxt təəsüratlarını yaşadı.Fəqət, bu dəmdə şəxsən mənim diqqətimi cəlb eləyən iki əsas məqam sözün əsl mənasında göz oxşayırdı.1) Leyla Yunusun yozumları.2) Elşad Abdullayevin məktubu.Leyla ilə bağlı çox danışmışıq. Ələlsxüsus da onun hətərəm-pətərəm fəaliyyəti haqqında. Hətta, əgər xatırlayırsınızsa, istintaq orqanları tərəfindən ölkədən çıxışına yasaq qoyulduğunda belə adam Ollandın adını hallandırmışdı. Və budur: Sevgili Fransua gəldi, Leyla Yunusu dinlədi və hələ üstəlik bu erməni əsilli xanımdan minnətdarlıq jestini belə qəbul etmiş oldu. Guya onu və ərini həbsxanadan buraxdırdığı üçün. Oysa, söhbətin əsl məğzi nədir? - Odur ki, Leyla Yunus və onunla bərabər eyni ağılı paylaşanlar hələ də öz dövlətinin gücünü və öz Prezidentinin qətiyyətini fərq etmiş durumda deyillər. Yox əgər fərq etsəydilər o zaman cənab Prezidentin elə Fransua Ollandla görüşündə söylədiyi və sırf onlara aid bir cümləsindən öz mesajlarını almış olardılar: “Azərbaycanın daxili işlərinə kimsə qarışa bilməz. Biz bütün qərarlarımızı müstəqil iradə ilə, eyni zamanda milli və dövlət maraqlarımıza uyğun olaraq qəbul edirik".Amma inanın sözüm heç bunda da deyil. Mövzu ilə bağlı ən maraqlı məqam bilirsinizmi nədir? – Fransada yaşayan Elşad Abdullayevin Azərbaycana səfər edən Fransa Prezidentinə elə fransızsayağı da müraciəti. Və ya adamın yenə qardaş yadına düşüb. Hər kvartalın axırı olduğu kimi. Üstəgəl, eləməyib tənbəllik, hələ bir məktub da yazıb. Həm də bir il öncə söyləmiş olduqları ilə müqayisədə tam ayrı bir kontekst, ittiham və hədəf xətti çizərək.Allahın bədbəxti! – Bilinmir, qardaşmı axtarır, məqammı axtarır, maraqmı axtarır yoxsa aylardır, illərdir itən ağlına çarəmi...***Elşad Abdullayev yaramaz adamdır. Ən azından Azərbaycan təhsilini var qüvvəsi ilə çökdürməyə çalışdiğı üçün! Elşad Abdullayev həm də yarıtmaz adamdır. Söylədiyi hər ittihamı öz üzərinə çevirməyi və atdığı hər addımda özünü bir az daha yerdən yerə endirməyi bacardığı üçün! Və nəhayət, Elşad Abdullayev bir də...yarınmaz adamdır. Bütün yarındıqlarını və yarınanlarını öz yarımçıq mənəviyyatı ilə baş-başa qoyduğu üçün!Amma madam ki, söhbət məktubdan düşüb, o zaman ora bəzi qeydlər də mütləq bir formada əlavə olunmalı idi. Məsələn əlavə olunmalı idi ki, orta aylıq əmək haqqının təxminən 400 manat civarında olduğu bir məmləkətdə milyon dollarların aqibəti haqqında “çay pulu” kimi danışan insan da Elşad Abdullayev olub!Bir “çomadan”rüşvət qarşılığında, üstəgəl yüz dələduz vasitəçinin köməyi ilə mandat qazana bilməməyin gerçək oladuğunu dolayı məntiqlə etiraf edən də Elşad Abdullayev olub!7 il ərzində - içində buz bağlayan qardaş məhəbbətinin, qardaş sevməyin, qardaş qorumağın, qardaş təəssübkeşliyinin bir rektor olaraq mümkünsüzlüyünü, fəqət bir millət vəkili olaraq mümkünlüyünü öz səbatsız məntiqi ilə bizlərə anladan da Elşad Abdullayev olub!Ya da halal professor maaşı ilə 4 gün ərzində 5 milyon dollar toplaya bilən “əsrarəngiz” qaynataya sahib olan bəxtəvər də Elşad Abdullayev olub!Eyni zamanda qardaş, bacı deyə xitab etdiyi insanları danışdırıb, dindirib, inandırıb, çəkib daha sonra onları şantaj edəcək qədər böyük “kişiliyin” yiyəsi də Elşad Abdullayev olub!Nəhayət, 10 ildən bir estafet alan və rotasiya qaydasında dövr edən bir vicdanı öz üzərində daşıyan da Elşad Abdullayev olub!...Bax bütün bu söylədiklərimi də həmin məktuba əlavə etmək lazım idi. Çünki, sən busan! Heç dəyişməyən bu! Yolu və amalı kişilik adı ilə illah ki kəsişməyən - bu!Və ya şair belə yerdə nə deyib?– “Səni aləm tanıyır, məşhur adam - Elşad Abdullayev...!”