"Sənin ərazində ermənilər murdar işlərlə məşğul olur, niyə susursan? - Deputat ABŞ-ı tənqid etdi

"Sənin ərazində ermənilər murdar işlərlə məşğul olur, niyə susursan? - Deputat ABŞ-ı tənqid etdi
SİYASƏT
16:07 26.04.2021
2089
Azərbaycanın Los-Angelesdəki baş konsulluğu, sosial şəbəkədə ermənilərin etnik zorakılığa qarşı çağırışıyla bağlı paylaşım edib. 

Belə ki, dünən Los-Angelesin mərkəzində, Ermənistan Gənclər Federasiyasından olan və amerikan erməniləri milli  komitəsindən olan radikal daşnaq ermənilər, Azərbaycan bayrağına bükülmüş mankeni etnik edam ediblər. 

Daşnakların etnik zorakılıq çağırışları ciddi narahatlıq doğurur. 

Milli Məclisin deputatı Elman Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, ABŞ bu kimi halların qarşısının alınması üçün ciddi tədbir görməlidir: 

"Erməni daşnaqları azərbaycanlıları təkcə ABŞ-da, Los-Angelesdə yox, başqa yerlərdə də hədələyir, terrorla qorxudurlar. 

Bu hadisə dünyaya ağalıq etmək iddiasında olan, boğazdan yuxarı həmişə insan hüquqlarından danışan, demokratikadan danışan bir dövlətin ərazisində, Amerikada baş verir. Təbii ki, ABŞ-ın Los-Angeles şəhərində mövcud olan konsulluğumuz ABŞ-ın müvafiq qurumlarına bu barədə məlumat verib. Yəni onlar məlumatlıdırlar, bəs onda niyə imkan verirlər? 

Bu birinci dəfə deyil, 2020-ci ildə də ermənilər Los-Angelesdə yenə quldurluq hadisələri, terror hadisələri törətməyə cəhd etmişdilər, bizim insanlarımıza xətər yetirmişdilər. Ancaq çox təəssüf ki, bu kimi  hallar hələ də davam edir. 

Deputat deyib ki, ABŞ zorakalığa haqq qazandırır: 

"Bu gün qondarma erməni soyqırımının adını çəkən, onu tanıyan ABŞ prezidenti qoy tədbir görsün, qarşısını alsın ki, ermənilər cinayət törədirlər. İnsanlara qarşı, bir millətə, dövlətə qarşı cinayət edirlər. Onlar niyə cəzalandırılmır, niyə həbs olunmur? Yəqin onları müvafiq qurumlarla razılaşdırıb, bu hərəkətləri ediblər”.
 
Elman Məmmədov qeyd edib ki, mümkün olduğu qədər ermənilərin iyrənc əməlləri dünyaya yayılıb, ifşa olmalıdır. Bunun üçün ciddi tədbirlər görməyə davam etməliyik: 

"Ermənilər tarix boyu bu hərəkəti ediblər. Keçən əsrin əvvəllərində, elə keçən əsr boyu nə qədər türkdilli diplomatı, türk insanlarını ermənilər qətlə yetirdilər. Həmin o ABŞ ərazisində, Avropa dövlətləri ərazisində. Bunlara qarşı ciddi tədbir görülməlidiyi üçün, bunların ayağı yer alır. Yenə həmin fikirlərlə, əqidəylə zorakılıq hallarını davam etməyə başlayırlar.
 
Mənə belə gəlir ki, bu hərəkətlər həmin o Amerika ictimaiyyətinə, Avropa ictimaiyyətinə erməninin həqiqətdə kim olduğunu tanıtdırılsın. Həqiqətdə bunlar görsünlər ki, ermənilər saxtakarlıqla özlərini məzlum, mədəni bir millət kimi qələmə verdikləri kimi deyil. Qoy görsünlər ki, bu erməni faşizmidir, bunlar vəhşi bir toplumdur, yaramaz bir toplumdur. Yəni bundan nəticə çıxartsınlar.
 
Bizi nahaq yerə qınayırlar, bizim üzərimizə gəlirlər, bizi tənqid edirlər. Ancaq bax sənin ərazində gör erməni nə edir, sənin ərazində bütün mundar işlərlə məşğul olur. Bu gün də bu hərəkəti törədir. Mən hesab edirəm ki, yəqin ki, bizim müvafiq qürumlarımız, o, cümlədən XİN-də tədbir görmək üçün müraciət edəcəkdir. Eyni zamanda, ordakı insanlarımızı müdafiə etmək üçün də həmin şəhərin müvafiq qürumlarına müraciət olunmalıdır ki, qarşısı alınsın. Sizin kimi saytlarımız, KİV çox sağolun ki, bu kimi işləri yayırsınız dünyaya. Erməniləri yayıb ifşa etmək lazımdır, bunlar vəhşidir, bunlar insan deyil bunlar hörmətə layiq deyil, bax budur erməni xisləti, erməni hərəkəti".

Nərmin Məmmədli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb