Şenol Güneş: "Türkiyəni və qardaş Azərbaycanı xoşbəxt etməliyik"

Şenol Güneş: "Türkiyəni və qardaş Azərbaycanı xoşbəxt etməliyik"
İDMAN
11:10 14.06.2021
387
Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunda İsveçrənin Uelslə 1:1 hesablı heç-heçə etməsi Türkiyə yığmasının əhval-ruhiyyəsini yüksəldib.

Bu vəziyyətin komandada arxayınlığa səbəb ola biləcəyini düşünən baş məşqçi Şenol Güneş futbolçulara xəbərdarlıq edib.

69 yaşlı mütəxəssis bildirib ki, rəqibləri qarşılaşmanı "ay-ulduzlular"ın istədikləri kimi başa vurublar. Lakin o, qrupdakı vəziyyətlərində dəyişikliyin baş vermədiyini söyləyib: "Bəlkə də bizə 4 xal kifayət edəcək. Amma digər iki oyunu qazanaraq qrupdan çıxmalıyıq. Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik. Son iki görüşdə sizə yaraşanı edəcəyinizə inanıram".

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
///Report

OXŞAR XƏBƏRLƏR