SEPAH Hərbi Dəniz Qüvvələrinin yeni komandanı ABŞ və İsrailə XƏBƏRDARLIQ EDİB

SEPAH Hərbi Dəniz Qüvvələrinin yeni komandanı ABŞ və İsrailə XƏBƏRDARLIQ EDİB
DÜNYA
17:21 04.07.2026
276
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni komandanı admiral Əli Ozmai olub.

Bu barədə AZXEBER.COM İran mediasına istinadən xəbər verir.

"Tasnim" agentliyinin məlumatına görə, yeni komandan ilk bəyanatında sabiq ali lider Əli Xameneinin ölümünə görə ABŞ və İsraili "tezliklə qisas alınacağı" ilə bağlı xəbərdar edib.

Admiral vurğulayıb ki, İran silahlı qüvvələri Əli Xameneinin kursunu izləməyə davam edəcəklər.

Əli Ozmai SEPAH HDQ-nin komandanı postunda 2026-cı ilin martında ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində həlak olan admiral Əlirza Təngsirini əvəz edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail ölkənin bir sıra şəhərlərinə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində Əli Xamenei ölüb.
OXŞAR XƏBƏRLƏR