SEPAH Hörmüz boğazından Qırmızı dənizədək "təhlükəsizlik kəməri" yaratmaq istəyir
DÜNYA
03:47 09.06.2026
209
İranın Hörmüzdən Bab-əl-Məndəb boğazınadək və Fars körfəzindən Qırmızı dənizədək yeni "təhlükəsizlik kəməri"nin yaradılması planları açıqlanıb. AZXEBER.COM IRIB agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani bildirib.
"Qəhrəman Yəmən xalqının vaxtında və qətiyyətli addımları müqavimət cəbhəsinin zəkasını nümayiş etdirir. Zərurət yaranarsa, digərləri də gələcək", - o bildirib.
Qaani İranın müttəfiqlərini nəzərdə tutaraq sərhədlərin müdafiəsində Birləşmiş Müqavimət Cəbhəsinin bütün üzvlərinin iştirak edəcəyini bəyan edib.