Separatçı Qarabağ rejmi ABŞ-dan 2 mln dollar dilənib

Bütün Xəbərlər
19:06 18.01.2011
1619

Ermənistanın Xarici İşlər Nazirliyi 2010-cu ildəki fəaliyyəti, xüsusilə də ötən ildə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq əlaqələri haqda hesabat verib. 
Sənəddə 2010-cu ilin Amerika-Ermənistan münasibətlərində dönüş olduğu qeyd edilir: “İl ərzində iki ölkə arasında əməkdaşlıq aktiv və çoxşaxəli olub. Siyasi əlaqələr isə ikitərəfli və çoxtərəfli formatda intensiv şəkildə davam etdirilib. Bundan başqa, geniş spektrə malik əməkdaşlıq əlaqələrinə dair müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilib”.

İllik hesabatda Ermənistan-ABŞ arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi vurğulanıb. Ermənistan Xarici İşlər Nazirliyinin 2010-cu ilə olan hesabatına əsasən, ABŞ yola saldığımız ildə Ermənistana xarici ölkələrə yardım çərçivəsində 41 milyon dollar, separatçı Qarabağ rejminə isə 2 milyon dollar ayırıb. Həmçinin Ermənistana 3 milyon dollar həcmində hərbi yardım təqdim edilib.

//ANS Press

OXŞAR XƏBƏRLƏR