Serdar Ortaç qumarda itirdiyi sərvəti açıqladı

MAQAZİN
10:40 24.09.2024
238
Türkiyəli müğənni Serdar Ortaç pis vərdişləri ucbatından itirdiyi sərvətindən danışıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlamlıq problemləri yaşayan Ortaçın bu etirafları izləyicilərini təəccübləndirib.
 
"Qumarda nə qədər pul itirdiniz?" sualını cavablandıran Serdar Ortaç deyib:
 
"Say deyə bilmərəm, amma 10-15 evim əldən çıxıb. Əli Sami Yen stadionunun yanında hündürmərtəbəli bir göydələn var idi. Onun bütün mənzilləri mənim idi, indi isə tamamilə yoxdur. Mən böyük səhv etdim. Sağlamlığım getdi. Mal-mülk gedir-getsin, sağlamlığım qayıtsın".
 
Aysel

OXŞAR XƏBƏRLƏR