Məşhur müğənni Serdar Ortaçın 90-cı illərdə çəkdiyi hit olmuş "Karabiberim" klipi ilə yadda qalan model İlknur Soyda illər sonra görüntülənib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İstanbulun Nişantaşı səmtində jurnalistlərin kameralarına yaxalanıb.
Tarkan heyranlığı ilə bilinən keçmiş model Serdar Ortaç haqda maraqlı açılama verib:
"İllər sonra Tarkan konsertində olmaq möhtəşəm idi. Onun heyranı olsam da Serdarın yeri qəlbimdə tam başqadır. İllər keçsə də onun mahnısına görə hələ də mənə "Karabiberim" deyə səslənirlər. Bunu duymaq çox gözəldir. Sanki Serdarın yerinə mahnını mən oxumuşam. Hələ də tanımadığın isnsanlarn qəlbində yaşamaq gözəl hissdir".
Aysel











































