"Sərəncam bir daha sübut edir ki, dövlət başçısı vətəndaşının yanındadır" — Elman Nəsirov

"Sərəncam bir daha sübut edir ki, dövlət başçısı vətəndaşının yanındadır" — Elman Nəsirov
SOSİAL
23:19 16.10.2021
2445
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 16-da "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı bir daha sübut edir ki, ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman vətəndaşının sosial qayğısına qalır, onun daha da yaxşılaşdırılması mənafeyinə xidmət edən addımlar atır".

AZXEBER.COM xəbər verir ki, bunu "Pravda.az"-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
O, bildirib ki, hələ 2019-cu ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial paketlər nəticəsində ölkədəki müavinətlər və təqaüdlər orta hesabla 92 faiz artırılıb, minimum əmək haqqı məbləği yüksəldilib:  "Yeni Sərəncamda xüsusilə vurğulanıb ki, Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) pandemiyasının bərpa dövrünə qədəm qoyub və pandemiya müddətində də sosial rifah məsələlərinə xüsusi önəm verib. Xüsusilə sahibkarların və işsizlərin sosial təminatında yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində xeyli məsələlər həyata keçirildi. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə sahibkarlara 4 dəfə 190 manat həcmində sosial yardımlar verildi və epidemioloji vəziyyətlə əlaqədar yaranmış iqtisa problemlərin həlli üçün 2.5 milyon manat vəsait xərclənib. Ötən ilin büdcəsinə əsasən, pandemiya ilə mübarizəyə ümumilikdə 261 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar göstərir ki, əhalinin rihafı və sağlamlığı Ölkə Prezidentinin diqqətdə saxladığı prioritet məsələlərdir. Post-pandemiya dövrünün isə öz reallıqları var və dünya iqtisadiyyatı da post-pandemiya dövrünə daxil olmağa hazırlaşır. Həmin dövrdə müəyyən çətinliklərlə qarşılaşmaq normaldır".
 
E.Nəsirovun qeyd edib ki, yeni sərəncam dövlət başçısının hər an öz vətəndaşının yanında olduğunu bir daha sübut edir: "Dünyanın, eləcə də ölkə iqtisadiyyatının post-pandemiya dövründəki bərpa prosesi başlayıb, lakin iqtisadi fəallıq, istehsal olunan məhsullara tələbat artıdığı təqdirdə, həmin tələbatı təmin etmək dinamizmi nisbətən aşağıdır. Nəticədə, dünya bazarında qiymətlər qalxır və idxalçı ölkə kimi bir sıra məhsulların satışı ilə bağlı Azərbaycanda alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Prezident İlham Əliyevin də yeni sərəncamının əsas məqsədi ondan ibarətdir ki, bu məsələlər araşdırılsın və 2022-ci ilin büdcəsində təqaüdlərin, pensiyaların, sosial müavinətlər və əmək haqqılarının müəyyən edilməsi mərhələsində reallıqlar nəzərə alınsın. Nəhayət, bir sıra sahələr üzrə ödənilən sosial ödənişlərin həcmi artırılsın. Sərəncam bir daha sübut edir ki, dövlət başçısı hər an vətəndaşının yanındadır, habelə onun sosial rifahı və sağlamlığı Prezident üçün bir nömrəli məsələdir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
00:14 30.10.2026
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
00:12 30.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bu ərazilərdə işıq olmayacaq
00:06 30.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
00:02 30.10.2026
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
00:00 30.10.2026
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
23:56 29.10.2026
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
23:52 29.10.2026
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
23:51 29.10.2026
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Sumqayıtda “Nissan” alışıb yandı - Video
23:42 29.10.2026
Sumqayıtda “Nissan” alışıb yandı - Video
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
23:33 29.10.2026
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
23:24 29.10.2026
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
23:12 29.10.2026
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
23:09 29.10.2026
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir