Sergen Yalçın Şahruddinin baş məşqçisi ola bilər

İDMAN
19:58 30.12.2023
313
Patrik Klyuverti istefaya göndərən Türkiyənin "Adana Demirspor” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Super Liqa təmsilçisini çalışdırmağa ən real namizəd Sergen Yalçındır.

"Mavi şimşəklər”in rəhbərliyi dünən İstanbulda 51 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında 1,5 illik müqavilə ilə bağlı razılıq əldə olunub.

Sergen Yalçın son olaraq "Beşiktaş”ı çalışdırıb. O, məşqçilik karyerası ərzində daha əvvəl "Qaziantepspor”, "Sivasspor”, "Kayserispor”, "Eskişehirspor”, "Konyaspor”, "Alanyaspor” və "Yeni Malatyaspor”da işləyib.
Qeyd edək ki. Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev "Adana Demirspor”da çıxış edir.

OXŞAR XƏBƏRLƏR