Sergey Lavrovun Azərbaycana səfəri başlayıb

Sergey Lavrovun Azərbaycana səfəri başlayıb
Bütün Xəbərlər
17:34 01.09.2015
648

Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

Rusiyanın xarici işlər naziri  Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayıb. AZXƏBƏR.COM xəbər verir ki, bu barədə APA-ya Rusiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri,Dağlıq Qarabağ   münaqişəsinin həlli,  ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR