Sərhəddə insident, hərbi qulluqçu bıçaqlandı - Fotolar

SOSİAL
10:25 14.10.2019
3935
12 oktyabr tarixində saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

AZXEBER.COM-un Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılmaqla sərhəd pozucusu təqib edilib, ərazidə axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılıb.

Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.

Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:05 04.06.2020

“Şuşa azad olunsa, ora hətta piyada da qayıtmağa hazıram” - HƏR KƏSİ KÖVRƏLDƏN VİDEO

20:05 04.06.2020

Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı - RƏSMİ

19:52 04.06.2020

"Qaçqınkom" cinayət işi ilə bağlı məsələyə aydınlıq gətirdi

19:35 04.06.2020

DSX: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb

19:26 04.06.2020

Prezident bu qanuna dəyişiklik etdi

19:11 04.06.2020

Qonşu dövlətdə COVID-19-a qarşı peyvəndin sınaqları başlayır – VİDEO

18:57 04.06.2020

Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA

18:49 04.06.2020

"Bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm..." - Sahibə Qafarova

18:42 04.06.2020

ÜST: Azərbaycan bütün hallarda digər ölkələr üçün nümunədir

18:41 04.06.2020

Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ

18:28 04.06.2020

Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı

18:23 04.06.2020

Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

18:20 04.06.2020

ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı

18:08 04.06.2020

Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA

17:49 04.06.2020

TƏBİB sədri özəl qurumlara müraciət etdi: İşçiləri 14:00-da buraxın!

17:47 04.06.2020

Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB