Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan - AÇIQLAMA

Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan - AÇIQLAMA
ÖZƏL
15:24 14.06.2021
36859
İyunun 12-də İTV-nin efirində yayımlanan Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən guya "bizimkilər” ifadəsi işlətməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
 
Bəzi sosial şəbəkə istifadəçisi bu hərəkətə görə teleaparıcını tənqid edib. 
 
AZXEBER.COM məsələ ilə bağlı şərhçi İlqar Milkayıloğlunun fikrini öyrənib.
 
O qısa açıqlama ilə kifayətlənib: "Mən uzun illərdir ki, jurnalistikadayam və hər şeyi yaxşı bilirəm. Sadəcə bunu deyəcəm: Mən futbolu siyasətə qatmıram”.

Qeyd edək ki, İTV də öz növbəsində məsələ ilə bağlı açıqlama yayıb və şərhçinin "bizimkilər" ifadəsini səsləndirmədiyini bildirib: 
 
"Biz bu məlumatları yazan, paylaşan bütün şəxslərdən həmin hissəni İTV-yə göndərməyi xahiş etmişdik. Bu sözü tapana hədiyyə də vəd etmişdik. Lakin bu sözü tapa bilməyənlər İlqarın başqa ifadəsini tirajlamağa başlayıblar. Şərhçinin masanın üzərindəki kağızlara baxaraq Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi "kimimiz var hücumçulardan” (23.42.35) və "ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda” (23.42.46) ifadəsini "bizimkilər” kimi yozmağa çalışırlar. Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən "topumuz”, "qələmimiz”, "fincanımız”, "siyahımız”, yaxud da "siyahıda kimlərlərimiz var” ifadəsini də rahatlıqla işlədə bilər. Buradakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi "kimimiz var” ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur. Vədimiz isə qüvvəsindədir – şərhdə "bizimkilər” sözünü tapın, gəlin hədiyyənizi aparın. Tövsiyəmiz də var: bir fincan qəhvə və ya bir stəkan çay götürüb İctimai TV-də futbola baxın, idmandan zövq alın! Biz sizin üçün işləyirik, çünki bizimkilər sizsiniz.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım