Deputat millinin biabırçı məğlubiyyətindən DANIŞDI: "Milyon dollar pul alır, bir xal qazanıb"

Deputat millinin biabırçı məğlubiyyətindən DANIŞDI: "Milyon dollar pul alır, bir xal qazanıb"
ÖZƏL
12:43 20.11.2024
1871
"Millinin belə biabırçı nəticələr göstərməsi barədə Santuşdan soruşun. Mən həmişə demişəm, Azərbaycana qıraqdan gələn, əcnəbi məşqçilərlə milli heç nə edə bilməyəcək. Çünki o bizi tanımır, mentalitetimizi, taktikamızı bilmir, tərcüməçi vasitəsilə gəlib futbolçularla işləyə bilməz. Santuş dünən deyib ki, "mən millinin baş məşqçisi olmaqdan qürur duyuram". O qürur duyur, biz qürur duymuruq. Çünki bu biabırçı məşqçidən çox şey asılıdır".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisinin səfərdə İsveçə 6:0 böyük hesabla uduzmasına münasibət bildirərkən deyib.
 
Deputat Azərbaycan millisinin məğlub olmasının səbəbini komandanın ümumilikdə müdafiədə oynamasında görür:
 
"Təbii ki, futbolçu lazımdır, amma məşqçi 10 nəfərlə müdafiəyə çəkilmişdi, 10 nəfərlə! Futbolda 5-4-2, 4-4-2, 4-3-3 kimi düzülüş sxemləri var. O, müdafiəçi ilə oynayırdı, hücumçu yox idi. Yarımmüdafiəçi yox idi, hamı müdafiədə idi, onlar da özlərini biabır elədilər. Vaxtı ilə Qurban Qurbanovu qoydular, lazımi qədər də xal yığmışdı, 6 ay işləməyə qoymadılar. Çünki orada pul sohbətləri, planlar var. Qurban istəsə, çıxmazdı. Rəhbərliyi məhkəməyə verərdi, 5 il müqavilə bağlamışdı. Azərbaycanlı idi deyə qüruruna sığışdırmadı. Amma Berti Foks federasiyanı şantaj etdi, sonra da məhkəməyə verdi. Dedi ya da pulumu verin, sonra çıxım gedim".

Millət vəkili millimizi çalışdıra biləcək baş məşqçilərin adını da açıqlayıb:
 
"Vallah o qədər peşəkar, savadlı məşqçilərimiz var ki... Elə Arif Əsədov qalardı. Tərlan Əhmədov və ya Samir Abbasov da var. Heç Qurbanın adını çəkmirəm. Odur ki, Santuşla da müqavilə var. O müqavilə qurtaranadək onu qova bilməzlər, əks halda pul ödəməlidirlər. Neçə milyon dollar pul alır, bir xal qazanıb. Ayıbdır! Toplananların yerini dəyişəndə cəm dəyişmir. AFFA-nın prezidenti, İcraiyyə Komitəsinin rəhbərliyi dəyişdi, amma heç nə dəyişmədi".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə
20:12 04.08.2026
Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə
Dövlət nə qədər uşağın təhsil xərclərini qarşılayacaq?
20:00 04.08.2026
Dövlət nə qədər uşağın təhsil xərclərini qarşılayacaq?
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ