Səriyyə Əliyeva BDU-ya necə daxil olub? (EKSKLÜZİV)

Səriyyə Əliyeva BDU-ya necə daxil olub? (EKSKLÜZİV)
GƏNCLİK
22:13 12.12.2011
10751

Xəbər verdiyimiz kimi, Rusiyanın xəbər portallarından olan “Afişa.ru” SSRİ-nin dağıldığı dövrdə anadan olan, hazırda 20 yaşda gənclərdən müsahibələr götürür. Sayt rəhbərliyi keçmiş müttəfiq respublikalardan 15 nəfər seçiblər, Bakıdan da Səriyyə Əliyeva adlı bir qızı danışdırıblar. Səriyyə müsahibəsində qeyd edib ki, BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsidir. 

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə 20 yaşlı Səriyyə haqda maraqlı məlumat verib. O 1news.az saytına göndərdiyi məqalədə Səriyyə haqda maraqlı məlumatlar verib. Abbaszadə qeyd edib ki,  Səriyyə Əliyeva BDU-ya testlə daxil olmayıb: "TQDK-nın Elektron İnformasiya bazasında son 20 ilin məlumatları saxlanılır.  Biz heç bir zaman şəxsin icazəsi olmadan onun imtahan nəticələrini ictimaiyyətə açıqlamırıq. Amma əgər vətəndaş özü məlumatı açıqlayırsa, bizim də haqqımız var ki, onun haqda informasiyanı mətbuata açıqlayaq. 2008-ci ildə  Səriyyə Əliyevadan  bizə universitetə imtahan vermək üçün arayış daxil olub və o rus bölməsinə imtahan verəcəyini açıqlayıb. Bildiyiniz kimi, rus bölməsinə imtahan vermək istəyən tələbələr ilk növbədə Azərbaycan dilində imtahan verməlidirlər.Səriyyə Əliyeva isə ümumiyyətlə bu imtahanların heç birində iştirak etməyib. Belə olan təqdirdə deyim ki, bizim bu tələbə ilə bağlı heç bir məlumatımız yoxdur. Səriyyə Əliyeva test üsulu ilə heç bir universitetə daxil olmayıb".

Hadisə ilə bağlı AZXEBER.COM maraqlı məlumat əldə edib. BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər kafedrasından portalımıza verilən məlumata görə, onların fakültəsində Səriyyə Əliyeva adlı tələbə təhsil almır sadəcə bir neçə ay dərslərdə azad dinləyici kimi iştirak edib.

Səriyyə hazırda BDU-da Şərqşünaslıq fakültəsində təhsil alır. O Rusiya universitetlərindən birində təhsil alıb və sonradan BDU-ya köçürülmə yolu ilə gəlib. Səriyyə birbaşa Beynəlxalq Hüquq fakültəsinə köçürülmək istəsə də bu alınmayıb çünki adıçəkilən fakültəyə birbaşa keçid mümkün deyil. Bunun üçün ilk növbədə BDU-nun nisbətən aşağı ballı fakültəsinə keçib, oradan Beynəlxalq Hüquqa keçmək lazımdır. 

Göründüyü kimi Səriyyə BDU-ya test üsulu ilə yox, köçürülmə ilə gəlib. Mövzuya yenidən qayıdacağıq

Hacıbəy HEYDƏRLİ

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb