'Sərkisyan Ramil Səfərovu öldürməyi əmr edib'

Bütün Xəbərlər
14:57 01.09.2012
9638

Azərbaycanlı ekspert Elxan Mehdiyevdən şok iddia

8 ildən artıq Macarıstan həbsxanasında saxlanılan azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya edilərək azadlığa buraxılması Ermənistanda ciddi narahatlığa səbəb olub. R.Səfərovun azadlığa çıxması xəbərindən dərhal sonra Ermənistan prezidenti Serj Sərkisyan Təhlükəsizlik Şurasının toplantısını keçirib və bundan sonra atacaqları addımları müzakirə edib. Təbii ki, Ermənistan tərəfinin bu məsələdən asanlıqla əl çəkəcəyini gözləmək olmaz. Siyasi ekspert Elxan Mehdiyev S. Sərkisyan  Ermənistan milli təhlükəsizlik nazirinə Ramil Səfərovu öldürmək tapşırığını verdiyini deyir. Ermənist prezidentinin Təhlükəsizlik Şurasının toplantısındakı çıxışından sonra məhz belə bir qənaətə gəlmək olar: «Sərkisyan milli təhlükəsizlik naziri Qorik Akopyana səslənərək ona xüsusi tapşırığının olduğunu deyib və bun Ermənistan informasiya agentlikləri geniş yayıb. Bu cümlənin açması Ramil Səfərovun öldürülməsi tapşırığından başqa bir şey deyil. Bu cür iddia etməyim Sərkisyanın qatil təbiətindən irəli gəlir».Ekspertin sözlərinə görə, Sərkisyanın xarici səfirlərlə görüşündəki çıxışında da eyni məqamları görmək çətin deyil. Ermənistan prezidenti deyir ki, Ramilin azad olmasına dözə bilmərəm, Ermənistan respublikasi dözə bilməz və erməni xalqı bunu bağışlamaz. Erməni dilində bu Ramil Səfərovu öldürmək deməkdir. Ekspert ermənilərin bu cür qətllər, terror təcrübələrinin olduğunu deyərək 1918-20-ci illərdə Azərbaycan və Türkiyə hərbi və siyasi liderlərini ustalıqla öldürdüklərini xatırlatdı: «Bu işə baş terrorçu Sərkisyan qatılırsa, bu o deməkdir ki, burada həm hökumət, həm də qeyri-formal qurumların hamısı işə salınacaq. Həm də hansı qonşu ölkələrin Ermənistanın kəşfiyyat orqanları ilə işlədiyini hamı bilir».Ekspert Ramil Səfərovu öldürülməsinin ermənilər tərəfindən “namus’ məsələsinə çevrildiyini deyir: «Əgər onlar bu qətli həyata keçirərlərsə, o zaman erməni tərəfi qalib gələcəkdir. Bu məsələ indi Azərbaycan təhlükəsizlik orqanları üçün də şərəf məsələsinə çevrilməlidir. Azərbaycan xalqı bir daha bilməlidir ki, ermənilər dinc yolla heç bir qarış torpaqdan çıxmayacaqlar. Ermənistanın başında oturan canilər və hərbi cinayətkarlardır. Onların anlayacağı dil də tamam başqadır. Azərbaycan torpaqlarını azad etmək istəyirsə, buna hazır olmalıdır». // azadliq.info

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib