Cənubi Afrika Respublikasında iki sərnişin qatarının toqquşması nəticəsində, 350-ə yaxın insan yaralanıb. Xəsarət alanlar arasında qadınlar və azyaşlı uşaqlar da var. Tələfat qeydə alınmasa da, yaralılardan 20-sinin vəziyyətinin ağır olduğu bildirilir. Paytaxt Pretoriyada baş verən qəzanın səbəbləri isə məlum deyil.Faktla bağlı istintaq komissiyası yaradılıb. Qeyd edək ki, Afrika qitəsinin ən ucqar ölkəsində, qatarların əksəriyyətində texniki nasazlıqlar müşahidə olunur. Ölkəyə yeni qatarların gətirilməsi üçün CAR hökuməti Fransa ilə təxminən 6 milyard dollarlıq saziş imzalayıb.