Sərnişinlərin nəzərinə: Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunur

Sərnişinlərin nəzərinə: Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunur
İQTİSADİYYAT
14:10 26.12.2025
1152
26 dekabr 2025-ci il, Bakı – 1 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.

AZXEBER.COM xəbər verir ki, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 yanvar 2026-cı il tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə səyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir.

Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədə olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.

Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.

Sığorta aşağıdakı məlumatları özündə əks etdirməlidir:
•Sığorta müqaviləsinin tərəfləri;
•Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;
•Sığortanın predmeti;
•Sığorta təminatının qüvvəyə minmə və bitmə tarixləri;
•Sığorta riskləri;
•Sığorta təminatının məbləği (limitlər);
•Sığorta haqqının məbləği;
•Ödənişin yeri və şərtləri.

Yeni tələb Gürcüstanın "Turizm haqqında” Qanununa əsasən tətbiq edilir. Gürcüstan hökumətinin "Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında” qərarı 1 yanvar 2026-cı il tarixində qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:18 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur