Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.
AZXEBER.COM xəbər verir ki, bu barədə bəyanat mayın 21-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşkilatrçılığı və ASAİF –in dəstəyi ilə Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 3-cü forumunun sonunda qəbul edilib.
Bəyanatı səsləndirən UAGB-nin sədri Anar Tahirov bildirib ki, Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum iştirakçıları bütün bunları nəzərə alaraq dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edir:
“Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini mökəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq”.
Bəyanatda daha sonra qeyd olunub ki, Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər müstəqil Azərbaycan dövlətinə xidmət etməyi özlərinə ən ümdə vətəndaş borcu hesab edir:
“Vətənimizin sıravi əsgərləri tək Cənab Prezident İlham Əliyevin əmrinə müntəzir olaraq istənilən zaman silaha sarılıb işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirirlər.
Minlərlə azərbaycanlı gənci ətrafında birləşdirən UAGB-in hər bir üzvü Cənab Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən qürur duyur.
Son 10 ildə ölkəmizdə həyata keçirilən qlobal iqtisadi layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının bir neçə dəfə yaxşılaşdırılması, yaşadığımız və təhsil aldığımız Ukrayna ilə Azərbaycan arasındakı iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaradıb”.Qeyd edək ki, ASAİF- in -in təşkilatçılığı ilə iki gün davam edən “Reallaşan ideyalar” devizli Forumda müxtəlif mövzularda panel çıxışlar olub.
Xatırladaq ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) 2010-ci il aprelin 24-də Ukraynanın Dnepropetrovsk şəhərində keçirilən Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 1-ci forumunda təsis olunub.
UAGB ötən dövr ərzində təşkilatlanaraq bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid mərkəz ətrafında birləşdirməyə nail olub. Hazırda sözügedən qurumun Ukraynanın 20 vilayətində regional təşkilatı fəaliyyət göstərir.
Hazırda Ukraynanın müxtəlif ali təhsil ocaqlarında 6 mindən çox azərbaycanlı gənc təhsil alır.
ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirilən Forumda Avropanın 15 ölkəsindən 350-dən çox gənc iştirak edib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna Forumunun Yekun Bəyanatı
Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gəncləri ətrafında birləşdirən Ukrayna Azərbaycanı Gənclər Birliyi (UAGB) xalqımızın qədim adət-ənənələrinin, zəngin mədəniyyətinin və milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, Azərbaycançılıq ideyasının təbliğ olunmasında, xüsusilə, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə, həmçinin Ukrayna həqiqətlərinin Azərbaycana çatdırılmasında üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirməyə çalışır.
UAGB hər il Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin forumunu təşkil etməklə, hər iki ölkə gəncləri arasında körpü qurur, xalqların qarşılıqlı əlaqələrinə müsbət töhvə verir.Sürətlə dünyaya yayılan kreativ Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən gənclər siyasətinin əməli nəticəsidir.
Bu gün gəncliyimiz müstəqil Azərbaycan dövlətinin inkişafı naminə Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifə və tövsiyələrin yerinə yetirilməsinə əməli işləri ilə öz töhfəsini verir.
UAGB yarandığı 3 il müddətində doğma vətənimiz naminə yüzlərlə tədbir həyata keçirmiş, son iki əsrdə ermənilərin xalqımıza və torpaqlarımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılmasında əlindən gələni əsirgəməmişdir.
Məhz UAGB-in Odessa şəhərində baş tutan 3-cü Ümumukrayna Gənclər Forumunun “Reallaşan İdeyalar” devizi altında keçirilməsi son illər Azərbaycanda reallaşan uğurlu inkişaf siyasətinin geniş vüsət almasından qaynaqlanır.
Təqdirəlayiq haldir ki, Azərbaycan gəncliyinin 2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramına əsasən indiyədək 2 minə yaxın gənc dövlət hesabına dünyanın ən nüfuzlu elm ocaqlarında təhsil almaq imkanına yiyələnib, o cümlədən bu gün dünyanın 240-dan çox şəhərində minlərlə Azərbaycan gənci təhsil almaqdadır.
Ölkəmizdə gənclərin inkişafı proqramı çərçivəsində qəbul edilmiş digər qərarlar istedadlı gənclərin üzə çıxmasına, müstəqil dövlətimizin inkişafında onların bilik və bacarıqlarının səfərbər olunmasına geniş imkanlar yaradır. Son dövrlər gənclərin bütün sahələr üzrə məsul vəzifələrə təyin olunması, bu proseslərdə xaricdə təhsil alan gənclərə xüsusi önəm verilməsi dövlətimizin əsas prioritetlərindən birinə çevrilmişdir.
Fərəhləndirici haldır ki, bu gün müstəqil Azərbaycan dövləti inkişaf edərək beynəlxalq arenada böyük nüfuz qazanır. Cənubi Qafqaz regionunda lider olan dövlətimizin iradəsi olmadan regionda heç bir qlobal layihə reallaşa bilmir. Son 10 ildə böyük inkişaf yolu keçən müstəqil dövlətimiz dünyanın ən mötəbər idman yarışlarına, musiqi festivallarına, beynəlxalq forum və sammitlərinə ev sahibliyi edir.
Sadəcə Eurovision finalının Bakıda kreçirilməsi və Azərbaycanın 2015 Avropa Olimpiadasına ev sahibliyini etməsi bunlara başlıca misaldır. Öz regionunun iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edən Azərbaycan əhalisinin sayı bu gün Gürcüstan və Ermənistan əhalisinin birgə sayından çoxdur. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olaraq dünyada mövqelərini dəfələrlə möhkəmlədə bilmişdir.
Bu baxımdan Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edərək, ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsi istiqamətində çoxsaylı layihələrin həyata keçirilməsinə imza atıb.
Qloballaşan dünyada azərbaycançılıq ideologiyasına söykənərək, xalqımızın milli-mənəvi dəyərlərini, zəngin mədəniyyətini, qədim adət-ənənələrini qoruyub yaşatmağı və təbliğ etməyi, xüsusən də ən ağrılı problemimiz olan Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını özümüzə şərəf borcu bilirik.
Yaşadığımız və təhsil aldığımız ölkələrin gənclər təşkilatları və ictimai-siyasi qurumları ilə əməkdaşlığı inkişaf etdirməklə onları vətənimizin dostlarına çevirməyi qarşımızda duran əsas hədəflərdən biri kimi qəbul edirik.
Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər müstəqil Azərbaycan dövlətinə xidmət etməyi özlərinə ən ümdə vətəndaş borcu hesab edir. Vətənimizin sıravi əsgərləri tək Cənab Prezident İlham Əliyevin əmrinə müntəzir olaraq istənilən zaman silaha sarılıb işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirirlər.
Minlərlə azərbaycanlı gənci ətrafında birləşdirən UAGB-in hər bir üzvü Cənab Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən qürur duyur.
Son 10 ildə ölkəmizdə həyata keçirilən qlobal iqtisadi layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının bir neçə dəfə yaxşılaşdırılması, yaşadığımız və təhsil aldığımız Ukrayna ilə Azərbaycan arasındakı iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaradıb.
Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum iştirakçıları bütün bunları nəzərə alaraq dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik.
Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini mökəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq.
UAGB-nin Odessa Forumu qərara alır ki, Ukrayna və Şərqi Avropa ölkələrində yaşayan və təhsil alan gənclər arasında səmərəli əməkdaşlığın qurulması, Azərbaycanın dövlət ideologiyasının təbliğ olunması məqsədilə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Təşkilat Komitəsinin, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin, ARDNŞ-ın Ukrayna Nümayəndəliyinin birgə qərarına əsasən UAGB-nin 4-cü forumu Ukraynanın tarixi Lvov şəhərində keçirilsin.