Serxio Ramosun yeni klubu bilindi - İldə 20 milyon avro qazanacaq

İDMAN
12:55 03.09.2023
1263
Serxio Ramosa Səudiyyə Ərəbistanından sərfəli təklif gəlib.

AZXEEBER.COM fanat.az-a istinadən xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira yayıb. 

Mənbənin məlumatına görə, "Əl-İttihad" 37 yaşlı ispaniyalı ilə anlaşmağa yaxındır. Səudiyyə klubu veteran futbolçu uğrunda mübarizədə Türkiyənin "Qalatasaray"ını qabaqlayır. Ramosun Səudiyyə Ərəbistanına keçəcəyi təqdirdə maaşı ildə 20 milyon avroya çata bilər. Mərkəz müdafiəçisinin müqaviləsi iki illik olacaq.

Bu keçid baş tutsa, Serxio Ramos "Əl-İttihad"da uzun illər "Real Madrid"də birgə çıxış etdiyi hücumçu Kərim Benzema ilə yenidən bir araya gələcək.
OXŞAR XƏBƏRLƏR