Sərxoş piyadanı maşın vurdu

Sərxoş piyadanı maşın vurdu
Bütün Xəbərlər
11:20 30.09.2013
661
Gədəbəydə yolu keçmək istəyən piyadanı avtomobil vurub. Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun mərkəzində baş verib. Gədəbəy rayon sakini, 47 yaşlı Mahal Sadıqov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən Yenikənd kənd sakini, 39 yaşlı Əjdər Ələsgərovu vurub.

Müxtəlif bədən xəsarətləri alan Ə. Ələsgərov xəstəxanaya yerləşdirilib.

Polisdən bildiriblər əvvəllər məktəb direktoru işləyən Ə. Ələsgərov hadisə zamanı sərxoş olub. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.//apa

OXŞAR XƏBƏRLƏR