Sərxoş qardaşoğlu əmisinin evini yandırdı

Sərxoş qardaşoğlu əmisinin evini yandırdı
Bütün Xəbərlər
13:59 04.05.2012
1086
Ötən gün saat 21.00 radələrində Yasamal rayonunda yaşayan Röyal Sadıqov sərxoş halda eyni ünvanda yaşayan əmisi Firudin Sadıqova məxsus evi qəsdən yandırıb. 
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq külə dönüb. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb. Əmisinin evini yandıran Röyal Sadıqov Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən tutulub.
OXŞAR XƏBƏRLƏR