Sumqayıt şəhərində spirtli içki ölümə səbəb olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, noyabrın 26-da Sumqayıt şəhər sakini Eyvaz Yusifov spirtli içkidən koma halında xəstəxanaya gətirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.