Günün müxtəlif saatları dinləyicilər radio verlişlərə qulaq asır.
Çoxlarına səsini eşidib bəyəndiyi aparıcılar maraqlı gəlir.
SHOWLİFE.AZ olaraq sizə həmin djlərin bəzilərini təqdim edirik.
Raqif Raufoğlu-2009-cu ildən etibarən 106.3 FM-də çalışır. "Bumeranq"səhər şousu və "106.3 dairəsi" verlişlərinin aparıcısıdır.
Aygün Akif-öncə "Anten FM"-də çalışsa da hal-hazırda 103.3 "Araz FM"-in dj-dir. "3-ü 1-də" səhər şousunu aparır.
Kazım Sübhan-uzun müddətdir 106.3 FM "Azad Azərbaycan" radiosunda çalışır. Bu vaxta qədər "Muleyli", "Xalq parad" və digər verlişlərin aparıcısı olan Kazım hal-hazırda "Şəngünüm"-ün aparıcısıdır.
Dj Valid-öncə 102 FM "ANS ÇM"-də işləsə də sonradan 106 FM-də çalışmağa başladı. "What`s up" axşam şousunun aparıcısıdır.
Nurlana Cəfərova-bir sıra tele və radio verlişlərin aparıcısı olub. Hal-hazırda 106 FM-də "12-dən sonra" şousunun aparıcısıdır. Xatırladaq ki, ATV-də yayımlanan "Qız atası" serialında da oynayır.
Sənan Əlləz- əvvəllər "Araz FM"-də çalışsa da, hazırda 100 FM "Asan Radio"da işləyir. "Oyanasan" səhər şousunun aparıcısıdır.
Qızılgül