“Səsinizə sahib çıxmaq Prezidentə dəstəkdir, səsinizin oğurlanmasına imkan verməyin” – İsmayıl Ağayev

“Səsinizə sahib çıxmaq Prezidentə dəstəkdir, səsinizin oğurlanmasına imkan verməyin” – İsmayıl Ağayev
Bütün Xəbərlər
15:31 25.10.2015
1727
60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, Beynəlxalq Diaspora Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqressinin Azərbaycan Nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizəd Salyanın Qarabağlı, Parçaxalac, Pambıq, Kürsəngi və Xalac kəndlərində seçicilərlə görüşüb.
Görüşlərdə iştirak edən deputatlığa namizədin vəkilləri şair, AYB-nin üzvü Ənvər Əhməd, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri, akademik Natiq Bədəlov, 20 Yanvar əlili Arif Məhərrəmov, pedaqoq Gülayə Tağıyeva, iş adamı Azər Ağayev, Qarabağ qazisi Səfər Qurbanov, İsgəndər Cəfərov çıxış edərək deputatlığa namizədin platforması haqqında, onun keçdiyi həyat yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı seçicilərə məlumat veriblər.
Kəndlərdə yüksək coşqu ilə qarşılanan deputatlığa namizədə həmin kəndlərin ağsaqqalları da dəstək nümayiş etdiriblər. Kənd sakinləri adından çıxış edən ağsaqqallar İsmayıl Ağayevə xeyir-dua verərək, onun layiqli namizəd olduğunu qeyd edib və hamını ona səs verməyə çağırıblar. Ağsaqqallar sakinlərin heç nədən və heç kimdən qorxmamalarını, öz istədikləri layiqli namizədə səs vermələrini rica ediblər.
Sonda çıxış edən namizəd İsmayıl Ağayev bildirib ki, o daim seçicilərinin problemlərini, onları narahat edən məsələləri diqqət mərkəzində saxlayaraq, problemlərin həlli üçün əlindən gələni edəcəyinə və parlamentdə onların səsi olacağına söz verib: “Heç kimdən qorxmayın, səsinizi çıxarın ki, səsinizə səs versinlər. Salyan mənim üçün doğma yerdir. Burada mənim Qərbi Azərbaycandan ermənilər tərəfindən deportasiya edilmiş yerlilərim, qohum-əqrəbam məskunlaşıb. Mən sizlərin qarşısında seçki platformamda hansı vədləri vermişəmsə, sizi hansı problemlər narahat edirsə, xüsusilə şəhid və aztəminatlı ailələrin, müharibə veteranlarının, qadın və uşaqların problemlərini öz şəxsi problemim bilərək onların həlli üçün çalışacağıma söz verirəm”.
“Bu gün Azərbaycan Prezidenti ölkəmizin inkişafı üçün çalışır. Seçkilərə gəlib iştirak etmək, haqqı olana səs vermək və səsinin arxasında olmaq cənab İlham Əliyevə dəstəkdir. Siz imkan verməyin ki, bəzi insanlar öz şəxsi maraqlarını dövlət marağından üstün tutsunlar. Öz şəxsi maraqları üçün dövlətimizin imicinə zərbə vursunlar” – deyə, İ.Ağayev bildirib.
İsmayıl Ağayev çıxışında bildirib ki, “Salyanın ən böyük sərvətinin onun insanlarıdır”.
Yüzlərlə kənd sakininin iştirak etdiyi görüşlərin sonunda İsmayıl Ağayevin ictimai-siyasi fəaliyyəti haqda film nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb