Səttar Mehbalıyev qazinin dəfni ilə bağlı tapşırıq verib

Səttar Mehbalıyev qazinin dəfni ilə bağlı tapşırıq verib
Bütün Xəbərlər
12:26 29.12.2013
3175
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməkdaşları dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasimində iştirak edəcəklər.
Bu barədə AzVision.az-a açıqlamasında qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib.
“Bu gün Zaur Həsənovun dəfn mərasimində iştirak edəcəyik”-deyən N.Ağamirov AHİK rəhbəri Səttar Mehbalıyevin dəfnində iştirak edib-etməməsindən xəbərsiz olduğunu bildirib.
“Mən hələ heç bir şey deyə bilmərəm, çünki bu barədə hələ ki, məlumatım yoxdur. Amma Həmkarlar İtifaqqının işçiləri gedəcək”.
AHİK-dən əldə etdiyimiz digər məlumata görə, bu barədə Səttar Mehbalıyev işçilərinə dəfndə iştirak etməklə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov ötən gün dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR