İsrail Səudiyyə Ərəbistanının İrana zərbələr endirməsini gözləyir, amma Ər-Riyad hələlik hərbi əməliyyata qoşulmaqdan çəkinir.
AZXEBER.COM Teleqraf-a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadla İsrailin dövlət televiziyası "Kan” məlumat yayıb.
"İsrail İranla bağlı Səudiyyə Ərəbistanından cavab addımları gözləyir, amma Ər-Riyad Tehran tərəfindən səsləndirilən təhdidlərə görə mümkün addımlarını ləngidir. İsrailin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanı öz suverenliyinə yönəlmiş müdaxilələrə görə İranı cəzalandırmaq istəyir”, - mənbə qeyd edib.







































