Səudiyyə Ərəbistanı paytaxta və neft infrastrukturuna dron hücumu barədə məlumat yayıb

Səudiyyə Ərəbistanı paytaxta və neft infrastrukturuna dron hücumu barədə məlumat yayıb
DÜNYA
11:59 07.03.2026
324
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib, onlardan biri "Şeyba" neft yatağı istiqamətində, digəri isə paytaxt Ər-Riyada yönəlmişdi.

AZXEBER.COM xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Məlumata görə, hər iki hücumun qarşısı uğurla alınıb. Bildirilib ki, Ər-Riyad istiqamətində uçan PUA-lar paytaxtın şərqində məhv edilib, ikinci aparat isə "Şeyba" neft yatağına doğru hərəkət edərkən "Rub əl-Xali" rayonunda zərərsizləşdirilib.

Bir qədər əvvəl Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi, həmçinin ölkənin şərqindəki Əl-Xarc şəhərində yerləşən Şahzadə Sultan aviabazasına atılan ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat vermişdi.

Krallığın Müdafiə Nazirliyinin əvvəlki bəyanatlarında bu səhər "Şayba" neft yatağına istiqamətlənən 6 PUA-nın zərərsizləşdirildiyi bildirilirdi.
 
"Report"
OXŞAR XƏBƏRLƏR