Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, yaralananlar var

Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, yaralananlar var
DÜNYA
20:10 25.10.2026
214
Səudiyyə Ərəbistanının cənubunda Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən buraxılmış ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb.

Səudiyyə Mətbuat Agentliyi xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.

"Bazar günü mülki müdafiə qüvvələri iki ballistik raketin ələ keçirilərək məhv edilməsindən sonra onların qalıqlarının düşməsini qeydə alıb", - bəyanatda qeyd olunub.

Dəqiqləşdirilib ki, Səudiyyə Ərəbistanı vətəndaşı və Asiya ölkələrindən birindən olan şəxs xəsarət alıblar.

Bundan başqa, qalıqların düşməsi nəticəsində üç yaşayış evi və yeddi avtomobil zədələnib.

///report///
OXŞAR XƏBƏRLƏR