Səudiyyə Ərəbistanının hava limanlarına hücumda üç nəfər həlak olub

Səudiyyə Ərəbistanının hava limanlarına hücumda üç nəfər həlak olub
DÜNYA
23:15 07.10.2026
81
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub, 36 nəfər xəsarət alıb.

Bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, Abxa və Kral Xalid adına hava limanları son iki gündə zərbələrə məruz qalıb.

"Abxa Beynəlxalq Hava Limanında hücum nəticəsində iki qadın - Mərakeş və Əlcəzair vətəndaşları həlak olub, 28 nəfər yaralanıb. Ər-Riyaddakı Kral Xalid adına Hava Limanına endirilən zərbə zamanı bir Sudan vətəndaşı ölüb, səkkiz nəfər xəsarət alıb", - məlumatda deyilir.

Qeyd olunub ki, xəsarət alanlar arasında Səudiyyə Ərəbistanı, Banqladeş, Filippin, Pakistan və Misir vətəndaşları var. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Obyektlərdə maddi ziyanın qiymətləndirilməsi aparılır, sərnişinlərin və personalın təhlükəsizliyinin təmini üçün tədbirlər görülür.
 
///report///
OXŞAR XƏBƏRLƏR