Səudiyyə şahzadəsi 2 ton narkotik ilə saxlanıldı

Səudiyyə şahzadəsi 2 ton narkotik ilə saxlanıldı
Bütün Xəbərlər
16:23 26.10.2015
1784
40 bağlama müsadirə edilib.
Livanın təhlükəsizlik qüvvələri bazar ertəsi Beyrutda beynəlxalq aeroportda Səudiyyə şahzadəsi Badel Mohsen ben Valid ben abdel Əzizi saxlayıblar.
AZXEBER.COM  TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Mayadin” peyk telekanalında məlumat yayılıb.
Xəbər verildiyi kimi, baxış zamanı böyük həcmdə narkotik yük aşkar edilib.
İlkin məlumata əsasən, ümumi çəkisi 2 ton olan 40 bağlama müsadirə edilib, narkotik vasitənin adı bildirilmir.
Qeyd edək ki, şahzadə Beyrutdan şəxsi təyyarə ilə uçmağa hazırlaşırdı.
OXŞAR XƏBƏRLƏR