Sevda: "Mənimlə ailə qurduğuna görə ailəsi ondan imtina etdi" - VİDEO

Sevda: "Mənimlə ailə qurduğuna görə ailəsi ondan imtina etdi" - VİDEO
MAQAZİN
14:43 17.04.2017
16002
"Qayınanam, qayınatam var amma yox kimidir”
 
Müğənni Sevda Sanaliyeva qayınanası və qayınatası arasında olan incilikdən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, müğənni "Yüz ölç, bir biç” verilişində həyat yoldaşının anası və atası ilə barışmaq istəmədiyini bildirib.
 
O bildirib ki, yoldaşının ailəsi ilə münasibəti yoxdur: "Mənim valideynlərim dünyasını dəyişib. Mən tərəfdən yetimçilikdir. Yoldaşımın anası, atası var amma yox kimidir. Onlar bizim evliliyimizə sərt reaksiya verdilər. Onlara qarşı mən tərəfdən heç vaxt barışıq addımı atılmayacaq. Çünki onu atmağa heç bir işıq yoxdur. Addım atsam da, yoldaşım və uşaqlarıma görə ata bilərəm. Əlbəttə ki, yoldaşım istəsə.”
 
Müğənni aradaki inciliyin günahın qarşı tərəfdə görüb: "Yoldaşım tərəfindən valideynləri atılmayıb. Yoldaşım mənə görə onlardan uzaqlaşdı. Mən böyüklərə, ailəyə dəyər verən insanam. Çox istəyərəm ki, uşaqlarımın nənəsi babası olsun".
 
Nazim Qasımzadə, 
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR