Sevda Yəhyayeva 'Xəzər-Lənkəran'ı təhqir edən prodüserini işdən çıxardı
MAQAZİN
15:55 01.08.2012
2318
Sevda Yəhyayeva prodüseri Pərviz Əsgərovla iş birliyinə son qoyub. Iki ildir bir yerdə çalışan Sevda ilə Pərviz yollarını ayırıblar. Pərviz Əsgərov Lent.az-a açıqlamasında bildirib ki, onlar dünəndən etibarən ayrılıblar. Keçmiş prodüser bildirib ki, ayrılma səbəbləri çox sadə olub: “Sevda gözəl müğənni olmaqla bərabər, həm də yaxşı insandır. Onun yanında işlədiyim dövr ərzində yaxşı təcrübələr əldə etmişəm. Bundan sonra da Sevda ilə münasibətlərimiz davam edəcək. Mən onu anam və bacımla bərabər tutmuşam. Sadəcə olaraq, indi ayrılmaq məqamı idi, ayrıldıq”. Pərviz Əsgərov prodüserlik fəaliyyətini davam edib-etməyəcəyinə gəlincə isə bunları deyib: “Sevdadan yaxşı, uğurlu bir müğənni olarsa, təklifi dəyərləndirməyə çalışaram”. O, hazırda şirkətlərin birində biznes sahəsində çalışdığını bildirib.AZXEBER.COM-un məlumatına görə, prodüser bir neçə gün öncə şəxsi "facebook" səhifəsində "Xəzər-Lənkəran" və "İnter" klublarını Avroliqadakı uğursuz çıxışına görə təhqir etmişdi. Geniş rezonans doğuran bu xəbər klubların rəhbərliyi və fan-klublar tərəfindən birmənalı qarşılanmamışdı.