SEVGİNİN GÜCÜ: ARVADININ ÖLÜMÜNƏ DÖZMƏYƏN ƏR ÖZÜNÜ ASDI

Bütün Xəbərlər
12:02 07.01.2011
1808

Xaçmaz rayonunda 2011-ci ilin ikinci intihar hadisəsi baş verib. Bu barədə bölgə müxbirinə rayonun prokuror əvəzi Fərahim Hüseynli məlumat verib. 
Bu barədə Prokurorluğa məlumat daxil olan kimi, qurumun əməkdaşları hadisə yerinə yollanaraq ilkin araşdırmalara başlayıblar. Məlum olub ki, özünü asan Əbilyataq kənd sakini, 73 yaşlı Şəfaqət İbrahimovdur. Onun meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə sintetik iplə asılmış vəziyyətdə ailə üzvləri tərəfindən tapılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, mərhumun intihar etməsinə səbəb 3 ay əvvəl xəstəlikdən dünyasını dəyişən 52 illik həyat yoldaşının yoxluğuna dözə bilməməsi olub. Belə ki, o, ömür-gün yoldaşının ölümündən sonra tez-tez şikayət edərək, onsuz qala bilmədiyini deyirmiş. 

Faktla bağlı AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir. //anspress

 

OXŞAR XƏBƏRLƏR