Sevgililər günü qadağan olundu

MARAQLI
16:24 09.02.2011
1882

Belqorod valisi Qriqori Bolotnov bu qadağanı «sakinlərin mənəvi təhlükəsizliyinin təmini» üçün vacib sayır. O, universitet tələbələrinin fevralın 14-də təşkil olunacaq şənliklərə, diskotekalara qatılmasını qadağan edib.
Müqəddəs Valentin gününü «rus milli dəyərlərinə zidd» adlandıran Bolotnov hesab edir ki, «həmin günü təşkil olunan şənliklər gənclərin tərbiyəsinə mənfi təsir göstərir, onların özlərini əxlaqsız aparmalarına gətirib çıxarır». Bu səbəbdən Belqorodda Sevgililer günü təntənəli şənliklərin əvəzinə klassik musiqilərin fonunda sadə qeyd olunan «Ortodoks gənclər günü»ylə əvəz edilib. Bu qərarı Rus Ortodoks Kilsəsi də dəstəkləyib.

Valinin qərarı ilə Sevgililər günü ilə bağlı hədiyyələrin reklam satışı da qadağan edilib.

//milli.az

 

OXŞAR XƏBƏRLƏR