Sevgilisi ilə dava edən transseksualı 5-ci mərtəbədən küçəyə atdılar

MARAQLI
12:30 06.10.2021
688
Transseksual Nefes Balkan adlı şəxs sevgilisi ilə mübahisə edərkən 5-ci mərtəbədəki evinin pəncərəsindən yıxılaraq ölüb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib.

İddialara görə, transseksual Nefes Balkan evdə olarkən adının öyrənilməsi mümkün olmayan sevgilisi ilə mübahisə etməyə başlayıb. Bir müddət davam edən müzakirə əsnasında Nefes Balkan 5-ci mərtəbədəki evinin pəncərəsindən naməlum səbəbdən beton zəminə düşüb. Hadisəni görənlər vəziyyəti 112 Təcili Xidmətinə bildiriblər.

Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilk müdaxilə edilən Nefes Balkan Kocaeli Dövlət Xəstəxanasına aparılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq, Balkanı xilas etmək mümkün olmayıb. Hadisə zamanı evdə olan sevgilisi polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mikayıl

OXŞAR XƏBƏRLƏR