Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda 29 yaşlı gənc damarlarını doğrayıb.Rayon Polis İdarəsindən verilən məlumata görə, Dərnəgül qəsəbəsi, Koroğlu Rəhimov küçəsində yaşayan 1984-cü il təvəllüdlü Z.X. damarlarını kəsib. Onu valideynləri qan içində tapıblar. Dərhal Z.X. xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.Onun intihar etməsinə gəlincə, bu nakam sevgi ucbatından baş verib. Belə ki, gənc bir müddət əvvəl L.K. adlı bir qızı sevib. Onlar arasında münasibət yaranıb. Lakin sonradan qız oğlanı sevmədiyini və başqasına ərə gedəcəyini deyib. Daha sonra qız bildirib ki, əgər bir də onu narahat etsə, polisə şikayət edəcək. Gənc sevgilisinin bu münasibətinə dözməyib və özünə qəsd etmək istəyib.